Güləşçilərimiz Türkiyədə “meydan sulayır”
13 Fevral 2010 Şənbə 22:20
Yaşar Doğunun xatirə turnirinin ikinci yarış günü daha 5 güləşçimiz qızıl medal uğrunda mübarizə aparıb
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə beynlxalq turnir davam edir. Türk güləşinin əfsanəsi Yaşar Doğunun xatirə turnirinin ikinci yarış günü daha 5 güləşçimiz qızıl medal uğrunda mübarizə aparıb.
İstanbuldan bütün qızılları Azərbaycan güləşçiləri apardılar. Türkiyənin ən böyük şəhərində keçirilən beynəlxalq turniri izləyən hər bir azarkeş yəqin ki, belə düşünür. Təkcə, turnirin 1-ci günündə qazanılmış 3 qızıl və 1 bürünc medaldan sonra bu gün birdən birə 5 güləşçimiz finalda qızıl medal uğrunda döyüşə çıxmışdı. Onlardan biri, Avropa çempionu Zəlimxan Hüseynov finalda iranlı həmkarını məğlub edərək, turnirin qızıl medalını qazandı. Baxmayaraq ki, 60 kq çəkili güləşçimiz bunun üçün xeyli əziyyət çəkməli oldu.
Ağırlığı 63 kq olan xanım güləşçilərin mübarizəsi isə azərbaycanlı idmançıların benefisi ilə yadda qaldı. Bu çəkinin mükafatlandırma mərasimində fəxri kürsünün hər 3 pilləsində Azərbaycan təmsilçiləri dayanmışdı. Gözəl Zutova bürünc medalla kifayətləndiyi halda, komandamızın daha bir üzvünə məğlub olmuş Katerina Dombrovskaya gümüş medal qazanmışdı. Bu çəkinin ən güclüsü isə güləşçimiz Olesya Zamula olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: