Güləş üzrə Azərbaycan milli komandası 15-18 aprel tarixlərində Özbəkistanda keçiriləcək "Qızıl qran pri" yarışlarında iştirak edəcək. Sərbəst növdə ölkəmiz 9 idmançı ilə təmsil olunacaq. Ən yüngül çəkidə, 55 kiloqramda Ceyhun Əliyev bacarığını nümayiş etdirəcək. Xaybulla Şakov 60 kiloqramda mübarizəyə qoşulacaq. Emin Əzizovla, Elmir Qəmbərov isə 66 kiloqramda güləşəcəklər. 74 kiloqramda döşək üzərinə 2 həmyerlimiz Elnur Əliyevlə, Elnur Aslanov çıxacaq. 84 və 96 kiloqramlarda müvafiq olaraq Şərif Şərifov və Cəmaləddin Məhəmmədov mübarizə aparacaq. Ən ağır çəkidə Maksim Proxorov çıxış edəcək.
Yunan - Roma növündə isə ölkəmizin idman şərəfini 7 güləşçi qoruyacaq. 55 kiloqramda Qadir Süleymanovla, Elçin Əliyev yarışacaq. 60 kiloqramda da yığmamızın məşqçiləri 2 güləşçiyə Sakit Cəlilovla, Hacıxan Mustafayevə etimad göstərib. Elşad Səfərovla, Emin Əhmədov 66 kiloqramda mübarizə aparacaq. Sonda isə Elgiz Məmmədov 84 kiloqramda nəyə qadir olduğunu nümayiş etdirəcək. /ANS TV/