Güləşçilərimiz Qazaxıstana yollanıb
15 İyun 2011 Çərşənbə 19:50
9 pəhləvanımız Prezident Kuboku uğrunda yarışlarda iştirak edəcək.
Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız isə, iyunun 18-19-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək yunan-Roma güləşi üzrə “Qazaxıstan Respublikası Prezidentinin Kuboku” uğrunda 2-ci beynəlxalq turnirdə iştirak edəcək. Azərbaycan Güləş Federasiyasından (AGF) ANS PRESS-ə verilən məlumata görə, baş məşqçi Fərid Mansurov və böyük məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirdə 9 pəhləvan ölkəmizi təmsil edəcək. Heyətdə Orxan Əhmədov (55 kq), Rövşən Bayramov, Orxan Paşayev (hər ikisi 60 kq), Azad Əliyev (66 kq), Emin Əhmədov (74 kq), Murtuza Tağıyev, Şəhriyar Məmmədov (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) yer alıb.

Turnir zamanı görüşlərin idarə edilməsində AGF Hakimlər Kollegiyasının sədri, olimpiya dərəcəli hakim Əjdər Cəfərov iştirak edəcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar