Güləşçilərimiz İsveçdə 3 qızıl medal qazanıblar
07 Mart 2011 Bazar Ertəsi 10:26
“Klippan-2011” turnirinə yekun vurulub
Qadınlardan ibarət güləş üzrə yığma komandamız İsveçdən 4 medalla dönüblər. Zəriflərimiz Klippan şəhərində təşkil olunmuş “Klippan-2011” turnirində 3 qızıl və 1 bürünc medal qazanıblar.

Xanımlarımızdan ilk qızılı 51 kq çəki dərəcəsində mübarizə aparmış Ancela Doroqan aktivinə yazdırıb. Doroqanın uğurunu ağırlığı 59 kq olan güləşçilərlə yarışan Yuliya Ratkeviç təkrarlayıb. Avropa çempionatının qızıl medalçısı Nadejda Sementsova 67 kq-da bir daha hamıdan güclü olduğunu nümayiş etdirib.

Güləşçilərimizin qazandığı yeganə bürünc medalın sahibi isə Patimat Baqomedova olub. Sinqapurda təşkil olunmuş Olimpiya oyunlarının qalibi Patimat bu dəfə üçüncülüklə kifayətlənib. Turnirdə ölkəmizi təmsil etmiş digər 4 idmançımız isə Vətənə medalsız dönüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar