Güləşçilərimiz İrəvana getməyəcək
23 Yanvar 2010 Şənbə 14:30
Yunan-Roma güləşçiləri Ermənistanda keçiriləcək Dünya çempionatına qatılmayacaq.
Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası böyük ehtimalla 13-14 fevralda İrəvanda keçiriləcək dünya kubokunda iştirak etməyəcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev söyləyib.

Onun sözlərinə görə, bu qərarı siyasi amillərlə əlaqələndirməyə ehtiyac yoxdur: “Sadəcə, yığma komandamızın hazırlıq planı 13-18 apreldə Bakıda keçiriləcək Avropa çempionatında daha uğurlu çıxış etməyə yönəlib”.

Namiq Əliyev qeyd edib ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) yığmaların yunan-Roma güləşi üzrə dünya kubokunda iştirak etməməsinə görə müəyyən məbləğdə cərimə nəzərdə tutub: “Amma bu, bizim üçün o qədər də böyük rəqəm deyil. Lazım gəlsə, bu pulu ödəməyə hazırıq. Amma görsək ki, FİLA Ermənistanda keçirilən dünya kubokunda iştirakımızda çox təkid edir, biz iştirak haqda qərar verə bilərik”. Federasiyanın yekun qərarı qərarı qarşıdakı 1 həftə ərzində qəbul ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar