Güləşçilərimiz iki medal qazandılar
24 Avqust 2011 Çərşənbə 03:55
Sərbəst güləşçilərin mübarizəsinə bu gün yekun vurulacaq
Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı başlayıb. ANS PRESS-in məlumatına görə, əvvəlcə mübarizəyə sərbəst güləşçilər qoşulublar. Azərbaycan güləşçiləri çempionatın ilk günündə iki bürünc medal qazanıblar. Elçin Məmmədov (58 kq.) və Pərviz Axundov (85 kq.) dünya üçüncüsü olublar.

Sərbəst güləşçilərin mübarizəsinə bu gün yekun vurulacaq. Avqustun 25-26-da yeniyetmə qızlar, çempionatın son günlərində isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, millimiz çempionatına 23 güləşçi ilə qatılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar