Güləşçilərimiz ermənilərin kürəyini yerə vurdular
15 Avqust 2011 Bazar Ertəsi 22:47
Polşanın paytaxtı Varşavada yeniyetmələrin Avropa çempionatı başa çatıb
Polşanın paytaxtı Varşavada yeniyetmələrin Avropa çempionatı başa çatıb. Güləş yığmamız ümumilikdə çempionatı 7 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub.
Çempionatın son günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 4 qızıl və 3 bürünc medal əldə edib. Kərim Cəfərov (46 kq) və Murad Məmmədovun (54 kq) qazandıqları qızıl medallar komandamıza ikiqat qələbə sevinci yaşadıb. Belə ki, hər iki təmsilçimiz finalda erməni güləşçiləri ilə qarşılaşıb və rəqiblərinə heç bir şans verməyib.
DOSTLARINLA PAYLAŞ: