Güləşçilərimiz erməniləri böyük hesabla məğlub edib
10 Noyabr 2012 Şənbə 22:02
Finalda komandamızın rəqibi Rusiya güləşçiləri olacaq.
Moskvada “Avropa Millətlər Kuboku” yarışları davam edir. ANS PRESS-in Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, reqlamentə əsasən, yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilir.
Azərbaycan güləşçiləri yunan-Roma növü üzrə yarışlarda iştirak edir. Püşkatmanın nəticələrinə əsasən, Ukrayna və Ermənistan komandaları ilə eyni qrupda yer alıb. Digər yarımqrupda isə Rusiya, Bolqarıstan və Macarıstan komandaları mübarizə aparıb. Qrupda keçirdiyi hər iki görüşü qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanıb. Finalda komandamızın rəqibi Rusiya güləşçiləri olacaq.
Final görüşləri noyabrın 11-də saat 12.00-da başlayacaq.
Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edir. Heyətdə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.
Qrup mərhələsi
AZƏRBAYCAN - UKRAYNA 4:3
55 kq. Orxan Əhmədov - Yuriy Koval (3:0, 1:0)
60 kq. Sakit Cəlilov - Konstantin Balitskiy (3:0, 3:0)
66 kq. Həsən Əliyev - Denis Demyankov (1:0, 1:0)
74 kq. Elvin Mürsəliyev - Dmitro Pışkov (3:0, 1:0)
84 kq. Rafiq Hüseynov - Jan Belenyuk (0:1, 1:2)
96 kq. Araz Həsənov - Sergey Rutenko (0:1, 0:1)
120 kq. Zaur Mehrəliyev - Yevgeniy Orlov (0:1, 0:2)
AZƏRBAYCAN - ERMƏNİSTAN 6:1
55 kq. Orxan Əhmədov - Qevorq Qəribyan (1:0, 2:0)
60 kq. Sakit Cəlilov - Avik Qriqoryan (1:0, 1:0)
66 kq. Rəsul Çunayev - Saakyan (2:0, 0:1, 3:0)
74 kq. Elvin Mürsəliyev - Karapet Çalyan (2:1, 0:3, 1:0)
84 kq. Rafiq Hüseynov - Minasyan (0:3, 4:0, 5:0)
96 kq. Araz Həsənov - Artur Aleksanyan (0:1, 0:2)
120 kq. Zaur Mehrəliyev - Vaçik Yeğizaryan (1:0, 1:0)
DOSTLARINLA PAYLAŞ: