Güləşçilərimiz Bolqarıstandan əlidolu qayıdır
14 Mart 2011 Bazar Ertəsi 22:53
Pəhləvanlarımız Varnada keçirilən beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıb
Bolqarıstanın Varna şəhərində güləş üzrə Petro Sirakov və İvan İliyevin xatirəsinə 14-cü beynəlxalq turnir başa çatıb. Azərbaycanın gənclərdən ibarət yunan-Roma güləşi üzrə yığmasının pəhləvanları turniri 1 qızıl və 1 gümüş medalla başa vurub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Vilayət Qəhrəmanlı (50 kq) finalda bolqar Nikolay Viçevi (2:0, 2:0) məğlub edərək turnirin qızıl medalını qazanıb. Fuad Əliyev (74 kq) isə finalda bolqar Daniel Aleksandrovla qarşılaşıb. Gərgin keçən görüşdə D.Aleksandrov qələbə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar