Güləşçilərimiz Bolqarıstana yola düşüb
09 Mart 2011 Çərşənbə 21:26
Beynəlxalq turnirdə Azərbaycanın şərəfini 8 idmançı qoruyacaq
Martın 11-13-də Bolqarıstanın Varna şəhərində güləş üzrə Petro Sirakov və İvan İliyevin xatirəsinə 14-cü beynəlxalq turnir keçiriləcək. Turnirdə yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycanının yığma komandası da iştirak edəcək. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Ağalar Aslanov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında turnirdə 8 idmançımız mübarizə aparacaq.

Heyətdə Vilayət Qəhrəmanlı (50 kq), Nurlan Əsgərov (55 kq), Orxan Paşayev (60 kq), Ceyhun Bayramov (66 kq), Toğrul Yunisli, Fuad Əliyev (hər ikisi - 74 kq), Sübhan İsmayılov (84 kq) və Röyal Mirzəyev (96 kq) yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vasif Əliyev ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, martın 11-də 66 və 120 kq, martın 12-də 50, 60 və 74 kq, sonuncu gün isə 55, 84 və 96 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar