Güləşçilərimiz Belarusda mübarizə aparacaq
28 Yanvar 2010 Cümə Axşamı 17:30
Yığmamız Olimpiya Oyunlarına hazırlıq məqsədilə Minsk turnirinə qatılacaq
Belarusun paytaxtı Minsk şəhərində yeniyetmələr arasında (1993-1994-cü il təvəllüdlü) yunan-Roma güləşi üzrə respublika turniri keçiriləcək. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız Sinqapurda keçiriləcək Olimpiya Oyunlarına hazırlıq məqsədilə bu turnirdə iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, komandamız turnirə baş məşqçi İlqar Abdulov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında yollanır. Yığmamızın heyətinə Elnur Həsənov (42 kq), Murad Məmmədov (46 kq), Hüseyn Abbasov (54 kq), Amil Əhmədov (58 kq), Hüseyin Şirəliyev (63 kq), Cavid Nəfəsov (63 kq), Əli Bayramov (69 kq) və Anar Rəsulzadə (76 kq) daxil edilib.
Xatırladaq ki, yarışa sabah start veriləcək və mübarizə yanvarın 31-nədək davam edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: