Güləşçilərimiz bacarıqlarını nümayiş etdirib
04 İyul 2010 Bazar 20:00
İdmancılarımız Avropa birinciliyində 2 qızıl medal qazanıb.
Bolqarıstanın Samokov şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İdmancılarımız yarışın ilk günü 2 qızıl medal qazanıb. 50 kiloqram çəki dərəcəsində Eldəniz Əzizli ilk görüşündə rusiyalı Dmitri Çaykini, ikinci turda türkiyəli Tolgahan Karataşı, yarımfinalda xorvat Sandro Frankolu məğlub edərək finala çıxıb. Finalda gürcü Tornike Maxaradze ilə qarşılaşan Eldəniz bu görüşü də inamlı qələbə ilə başa vuraraq Avropa birinciliyinin qızıl medalına sahib olub.

60 kiloqram çəki dərəcəsində yarışan digər təmsilçimiz - Kamran Məmmədov bir-birinin ardınca belarus Vladislav Sniazitskini, macar Adam Molnarı, türk Hasan Tahsin Özkulu, erməni Aleksan Mikayelyanı məğlub edib. Finalda isə ukraynalı Lenur Temirova qalib gələrək Avropa çempionu adını qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar