Güləşçilərimiz 2010-cu ildə 66 medal qazanıb
22 Dekabr 2010 Çərşənbə 23:45
Elçin Cəfərov: "2011-ci il Azərbaycan güləşçiləri üçün daha məsuliyyətli olacaq"
Bu gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov, Maqomed Aliomarov və idman şöbəsinin rəisi Yaqub Məmmədov 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Elçin Cəfərov ilk öncə federasiyanın 2010-cu ildə gördüyü işlərdən, idmançılarımızın əldə etdiyi nailiyyətlərdən danışıb. Vitse-prezident 2010-cu ilin Azərbaycan güləşçiləri üçün uğurlu illərdən biri olduğunu, bütün yarışlardan Vətənə medallarla qayıtdıqlarını deyib.

Vitse-prezident regionlarda da güləşin inkişaf etdiyini, Gəncədən, Sumqayıtdan Avropa çempionatının mükafatçılarının çıxdığını diqqətə çatdırıb. Yüksək nəticə göstərmiş idmançıların nazirlik tərəfindən mükafatlandırılacağını deyən E.Cəfərov növbəti ilin güləşçilərimiz üçün daha məsuliyyətli olacağını vurğulayıb. O, 2011-ci ildə Olimpiya Oyunlarına lisenziya xarakterli müxtəlif turnirlərin olacağını, İstanbulda lisenziya xarakterli dünya çempionatının keçiriləcəyini qeyd edib.

Mətbuat konfransında bildirilib ki, güləş üzrə bütün yığma komandalarımız 2010-cu ildə keçirilən mötəbər beynəlxalq turnirlərdə ümumilikdə 66 medal qazanıblar ki, bunlardan 29-nun əyarı qızıl, 17-si gümüş, 20-si isə bürüncdür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar