Güləşçilərimiz 2 medal qazanıb
16 Aprel 2009 Cümə Axşamı 13:35
Yalnız final görüşündə məğlub olan Emin Əhmədov gümüş, Qadir Süleymanov isə bürünc medal əldə edib

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yunan-Roma və sərbəst güləş üzrə “Qızıl Qran-Pri” seriyasından növbəti yarışın startı Azərbaycan yığması üçün uğurlu olub. Turnirin birinci günündə yunan-Roma növündə 55, 66, 84 və 120 kq çəki dərəcələrindəki pəhləvanlar qüvvələrini sınayıblar. Startda döşək üzərinə çıxan 5 güləşçimizdən 2-si fəxri kürsüyə yüksəlib.

Belə ki, Emin Əhmədov (66 kq) yalnız final görüşündə uduzaraq, gümüş medala sahib çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Qadir Süleymanov isə 3-cü yeri tutub.

Bu gün yunan-Roma güləşçilərimizdən Sakit Cəlilov, Hacıxan Mustafayev (hər ikisi 60 kq), həmçinin sərbəst növdə Ceyhun Əliyev (55 kq) öz bacarığını nümayiş etdirəcək. Yarış aprelin 18-də başa çatacaq. /apasport.az/



DOSTLARINLA PAYLAŞ:

oyunlar