Güləş üzrə Dünya Kuboku start götürüb
07 Mart 2009 Şənbə 11:10
Azərbaycan bu yarışda 12 güləşçi ilə təmsil olunacaq

 

Bu gün İranın paytaxtı Tehranda sərbəst güləş üzrə Dünya Kuboku uğrunda yarışa start veriləcək. Yarışda güləş üzrə Azərbaycan milli komandası da mübarizə aparacaq. Ölkəmizi bu yarışda 12 güləşçi təmsil edəcək. B qrupunda qərarlaşmış millimiz ilkin mərhələdə Ukrayna, Qazaxıstan və Özbəkistanla qarşılaşacaq. A qrupunda isə Rusiya, İran, Gürcüstan və Kuba milliləri qərarlaşıb. Qrupda birinci yeri tutacağı təqdirdə komandamız ən pis halda gümüş medalları özü üçün təmin etmiş olacaq.

Qeyd edək ki, Dünya Kubokunun sahibinin kimliyinə sabah aydınlıq gələcək. Gənc Yunan-Roma güləşçilərimiz isə eyni vaxtda Bolqarıstanın Varna şəhərində keçiriləcək beynəlxalq turnirdə ölkəmizin idman şərəfini qoruyacaqlar. Komandamız Balkanlarda 9 güləşçi ilə təmsil olunacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar