Böyüklər arasında sərbəst, Yunan-Roma və qadın güləşi üzrə növbəti Avropa çempionatı Bakıda keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Güləş Federasiyaları Assosiasiyasının (CELA) Baş Assambleyasında qərar qəbul edilib.
Qitə çempionatı 2010-cu il aprelin 12-də start götürəcək. Aprelin 17-dək davam edəcək yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.
Qeyd edək ki, 2002-ci ildə ölkəmizdə ilk dəfə güləş üzrə Avropa çempionatı keçirilib. Bundan 5 il sonra isə Bakıda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı təşkil olunub.