Güləş üzrə 3 çəki dərəcəsində qaliblər müəyyənləşib
25 Mart 2010 Cümə Axşamı 23:25
Güləş üzrə Azərbaycan birinciliyi davam edir.
Sərhədçi olimpiya kompleksində keçirilən güləş üzrə Azərbaycan birinciliyi davam edir. Bu gün yarışda güləşin sərbəst növünü seçmiş yeniyetmələr qələbə uğrunda mübarizə aparıb. 3 çəki dərəcəsində qalib və mükafatçıların adlarına aydınlıq gəlib.
54 kiloqram çəki dərəcəsində Kənan Quliyev finalda Fərrux Ələkbərovu məğlubiyyətə uğradaraq birinciliyin qızıl medalına yiyələnib. Ağırlığı 58 kiloqrama qədər olan güləşçilərin yarışında Əhməd Qvarzatilovla bacaran olmayıb. O, həlledici görüşdə Fuad Məmmədovu üstələyib.
Günün sonuncu finalı isə 63 kiloqram çəki dərəcəsində baş tutub. Bu çəkidə fəxri kürsünün ən yüksək pilləsinə Nurlan Hacıyev çıxıb.
Qeyd edək ki, sabah yeniyetmə sərbəst güləşçilər orta ağır çəkilərdə mübarizəyə qoşulacaqlar. Eyni gündə qadın güləşçilər də birinciliyin mükafatları uğrunda yarışacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: