Gözlənilən oldu
14 Aprel 2011 Cümə Axşamı 02:43
Əzəli rəqiblər “Real” “Barselona” Avropanın ən nüfuzlu klub turnirində də qarşı-qarşıya gəldi
Çempionlar Liqasının ¼ final mərhələsinə yekun vurulub. Ötən axşam keçirilən cavab oyunlarında “Real” “Tottenhem”ə, “Şalke” isə “İnter”ə yenidən qalib gəlib.

“Real” Londonda “Tottenhem”lə qarşılaşmada nəzarəti əldən verməyib. Amma rəqib oyunun tempini artırmağa cəhd edib. İspaniya klubu üçün yeganə probelm müdafiəçi Karvalyonun aldığı sarı kart olub və o, ilk yarımfinal oyununu buraxmalı olacaq. Madrid klubunun lideri Kriştianu Ronaldu 50-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Qomesin səhvindən yararlanıb və uzaqdan zərbə ilə hesabı açıb. Bununla da ilk oyunda 0:4 hesabı ilə məğlub olan “Tottenhem” yarımfinala çıxmaq şansını tam itirib.



“Tottenhem”dən fərqli olaraq, ilk oyundakı darmadağından sonra “İnter” “Şalke” ilə səfər qarşılaşmasında heç nəyə can atmayıb. Üstəlik, Almaniya klubu daha üstün təsir bağışlayıb. İlk hissənin sonuncu dəqiqəsində Raul hesabı açıb. “İnter” fasilədən sonra Mottanın qolu ilə hesab ıbərabərləşdiriblərö. Lakin bu dəfə Raul gözəl ötürmə ilə Xevedesi qapıçı ilə təkbətək çıxarıb və o, “Şalke”yə qələbə gətirib.



Çempionlar Liqasının yarımfinalında “Mançester Yunayted” “Şalke” ilə, “Real” isə “Barselona” ilə qarşılaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar