Göyəzən məğlub oldu
15 Noyabr 2009 Bazar 17:35
"Bakılı" Göyəzəni üç dəfə məyus edib
Futbol üzrə Azərbaycan çempionatının I divizionunda IX turun oyunları keçirilib. İlk oyun günündə iki qarşılaşma baş tutub. MOİK "Ədliyyə"ni qəbul edib. Qarşılaşmanın son dəqiqələrində fərqlənən "hərbçilər" 2:1 hesablı qələbə qazanıb.

"Bakılı" isə "Göyəzən"i qonaq edib. Misir Əbilovun komandası rəqibi düz üç dəfə məyus edib.

Turun daha iki oyunu bu gün baş tutub. "Neftçi" İSM evdə ABN-lə "sülh bağlayıb" - 1:1. "Energetik" isə Mingəçevirdə "Şahdağ"ı minimal hesabla yenib.

"Anşad-Petrol"un "Gəncə" ilə oyunu isə baş tutmayıb. Qeyd edək ki, bu turun bir oyunu 8 noyabrda keçirilib və "MKT-Araz" İmişlidə "Rəvan"a 3:2 hesabı ilə qalib gəlib.

14 noyabr

MOİK - Ədliyyə 2:1
Zaur Məmmədov, 65; 84 - Ramil Həsənov, 31.

Bakılı - Göyəzən 3:0
Fuad Əliyev, 51; 86; Namiq Həsənov, 73.

15 noyabr

Neftçi İSM - ABN 1:1
Aslan Hüseynov, 63 - Eldəniz Orucov, 90+2.

Energetik - Şahdağ 1:0
Samir Məmmədov, 47. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar