Görəsən “Neftçi”nin udan günü olacaq?
21 Oktyabr 2009 Çərşənbə 23:35
Unibank Premyer Liqasında təxirə salınmış III turun oyunları keçirilib
Bu gün futbol üzrə Unibank Premyer Liqasında təxirə salınmış III turun daha 4 oyunu keçirilib. Vaqif Sadıqovun rəhbərliyi altında ikinci oyununa çıxan “Neftçi” növbəti dəfə məğlub olub. Paytaxt klubu səfərdə “Qəbələ” klubuna 0:1 hesabı ilə uduzub. “Xəzər-Lənkəran” isə “Şəfa” stadionunda “Olimpik-Şüvəlan”a eyni hesabla yenilib.

Salyanda “Muğan” üzərində qələbə qazanan “Qarabağ” “Simurq”un liderliyinə şərik çıxıb. Bu mövsüm ilk qələbəsini “Karvan” üzərində qazanan “Turan” isə sonuncu pillədən canını qurtarıb.

"Qəbələ" - "Neftçi" (Bakı) – 1:0
Kristian Torres, 83

"Olimpik-Şüvəlan" (Bakı) - "Xəzər-Lənkəran" – 1:0
Anatoli Doroş, 30

"Turan" (Tovuz) - "Karvan" (Yevlax) – 2:1
Nadir Nəbiyev, 30. Valeri Onila, 44 – Dövlətmurad Atayev, 63

"Muğan" (Salyan) - "Qarabağ" (Ağdam) – 0:1
Əfran İsmayılov, 60

Hesabat turuna sabah “Şəfa” stadionunda “İnter” və “Bakı” arasında baş tutacaq qarşılaşma ilə yekun vurulacaq. Saat 17:10-da başlanacaq görüşü FİFA referisi Vüsal Əliyev idarə edəcək.

Qeyd edək ki, turun açılış oyununda “Simurq” (Zaqatala) Sumqayıtda “Standard”ı yenib – 2:1.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar