Gimnastlarımızın növbəti uğuru
02 İyun 2013 Bazar 17:55
Bədii gimnastika üzrə yığmamız Avropa çempionatında gümüş medal qazanıb.
Azərbaycanın bədii gimnastika üzrə yığması Vyanada start götürmüş Avropa çempionatında uğurla çıxış edir. “Trend”in məlumatına görə, çempionatın səhər proqramında bütün diqqətlər qrup halında məşqlərə yönəlmişdi.

Ölkəmizi təmsil edənlər verilmiş tapşırığı fenomenal şəkildə yerinə yetirməklə, hakimlərdən ən yüksək xal - 16.550 bal alıb. Bu nəticə isə imkan verib ki, komandamız çempionatın gümüş medalını qazansın.

Fərdi qaydada yarışlarda isə komanda üzvlərimizi 4 final gözləyir.

Marina Durunda qurşaqla, topla və lentlə, Lala Yusifova isə gürzlərlə çıxış edəcək.






DOSTLARINLA PAYLAŞ:

oyunlar