Gimnastlarımız Moskva Qran–prisinə hazırlaşır
30 Avqust 2010 Bazar Ertəsi 23:25
Azərbaycanı 9 nəfərlik qrup təmsil edəcək.
Azərbaycan gimnastları 3 həftədən sonra Moskvada start götürəcək dünya çempionatı ərəfəsində son məşqlərini İsrailin Xolon şəhərində keçəcəklər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 3-5-də Moskvada Qran–pri seriyasından növbəti turnir və açıq beynəlxalq yarış keçiriləcək.

Turnirdə Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mistafayeva, habelə Ceyla Quliyeva, Aelita Xələfova, Nigar Əbdüsəlimova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət qrup komandası iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar