Gimnastlarımız birinci olub
14 Mart 2011 Bazar Ertəsi 23:04
Qızlarımız bütün göstəricilər üzrə Sankt-Peterburqu təmsil edən kollektivi və Estoniya komandasını üstələyib
Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup komandası Riqada keçirilmiş “Baltic Hoop” (“Baltik halqası”) beynəlxalq turnirində qalib gəlib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Lalə Yusifova, Aişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Siyana Vasileva və Səbinə Qaratovadan ibarət kollektiv 5 ip ilə kompozisiyanı qüsursuz yerinə yetirib və Azərbaycanın himninin sədaları altında üçrəngli bayrağımızı yüksəyə qaldırıblar. Qızlarımız bütün göstəricilər üzrə Sankt-Peterburqu təmsil edən kollektivi və Estoniya komandasını üstələyiblər.

Digər gimnastımız Zeynəb Cavadlı isə top və gürz ilə çıxışların yekunlarına görə üçüncü yeri tutub. Çoxnövçülükdə isə gimnastımız 22 iştirakçı arasında dördüncü yerlə kifayətlənməli olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar