Gimnastımız Miss Qrasiya adına layiq görüb
14 Dekabr 2010 Çərşənbə Axşamı 18:50
8 yaşlı gimnastımız Kalininqradda keçirilən beynəlxalq turnirdə yarış təşkilatçılarını heyrətləndirib
Azərbaycanın gənc gimnastları Kalininqradda keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandanın hesabına birinci medalı ikinci yeri tutan, Bakı Gimnastika Məktəbinin səkkiz yaşlı yetirməsi Vəfa Həsənzadə yazdırıb. O, yarış təşkilatçılarını o qədər heyrətləndirib ki, hətta onu turnirin "Miss Qrasiyası" adına layiq görüblər.

İki bürünc mükafatı isə İlahə Məmmədova (2001-ci il təvəllüdlü) və 12 yaşlı Nülufər Niftəliyeva qazanıb. Azərbaycanın digər gimnastları Albina Əliyeva (1995-ci il təvəllüdlü) və Səbinə Hümmətova (1999-cu il təvəllüdlü) 4-5-ci yerləri tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar