Gimnastımız Aliyə Qarayeva Dünya Kubokunun finalına çıxıb
16 Aprel 2011 Şənbə 15:47
Aliyə Qarayeva topla hərəkətlərdə üçüncü olub.
Yunanıstanda bədii gimnastika üzrə dünya Kuboku yarışları start götürüb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, fərdi yarışların ilk günü gimnastlar halqa və topla hərəkətlər üzrə mübarizə aparıblar.

Azərbaycan yığmasının lideri Aliyə Qarayeva topla hərəkətlərdə üçüncü (27,575 bal), halqa ilə hərəkətlərdə altıncı (27,200 bal) yeri tutaraq bu alətlərdə finala çıxıb. Aliyə Qarayevə çoxnövçülükdə 54,775 bal ümumi nəticə ilə hələlik dördüncü yerdədir.

Zeynəb Cavadlı iki hərəkətin cəminə görə, 52,750 balla hələlik 12-ci nəticəni göstərir. Topla kompozisiyaya görə hakimlərdən aldığı 26,500 bal Zeynəb Cavadlıya 10-cu yeri tutmağa imkan verib. Zeynəb halqa ilə hərəkətlərdə 13-cü (26,250) olub. Ümumilikdə turnirdə 36 gimnast iştirak edir.

Azərbaycanın qrup komandası beş topla hərəkətlərdə 26,050 bal toplayaraq səkkizinci yeri tutmuş və finala vəsiqə qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar