Gimnastika üzrə 16-c Bakı birinciliyinə yekun vuruldu
07 İyun 2009 Bazar 09:30
Bu dəfəki Bakı birinciliyində paytaxtın 6 cəmiyyətinin gimnastları 5 yaş qrupunda qalib və mükafatçıları müəyyənləşdiriblər

 

Yeniyetmə gimnastlar arasında keçirilən 16-cı Bakı birinciliyi başa çatıb. Sonuncu yarış günündə 1994-1995 və 1996-1997-ci il təvəllüdlü idmançılar xalça üzərinə çıxıblar. Bakı Olimpiya İdman Kompleksinin zalı öncə1994-1995-ci il təvəllüdlü gimnastların ixtiyarına verilib. 14 və 15 yaşlı yeniyetmələr xalça üzərində top, halqa, ip və gürzlə nəyə qadir olduqlarını nümayiş etdiriblər. Yekunda isə Respublika kompleks idman məktəbinin yetirməsi İradə Əsədzadə münsiflər heyəti tərəfindən hamıdan yüksək bal toplayaraq, Bakı birinciliyin qalibi adını qazanıb. Bakı gimnastika məktəbini təmsil edən Albina Əliyeva və Nəzriyyə Mehdizadə isə müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

Daha sonra 1996-1997-ci il təvəllüdlü gimnastlar top, gürz, ip və halqa ilə hərəkətləri daha dəqiq yerinə yetirməyə çalışıblar. Burada isə Həmkarlar ittifaqının gimnastı Ayşə Mustafayeva bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Respublika Kompleks İdman Məktəbinin 2 yetirməsi, Mansurə Bağıyevayla, Lalə Yusifova isə ilk 3-lüyü tamamlayıb.

Qeyd edək ki, gimnastika üzrə bu dəfəki Bakı birinciliyində paytaxtın 6 cəmiyyətinin gimnastları 5 yaş qrupunda qalib və mükafatçıları müəyyənləşdiriblər. Gəncə gimnastları isə yarışda müsabiqədən kənar çıxış ediblər./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar