Georgi Adamiya “Qarabağ”ı tərk etdi
24 May 2012 Cümə Axşamı 13:03
Futbolçu Georgi Adamiya Bakının “İnter” klubu ilə müqavilə imzalayıb.
Bu mövsüm Avropa kuboklarından kənar qalan Ağdamın “Qarabağ” klubu növbəti futbolçusunu itirib. ANS PRESS-in məlumatına görə, kapitan Rəşad Sadiqovun “Neftçi”yə keçidinə əngəl ola bilməyən klubun daha bir aparıcı futbolçusu gürcüstanlı Georgi Adamiya komandadan ayrılıb. Futbolçu bu mövsüm Azərbaycanı Avroliqada təmsil edəcək Bakının “İnter” klubuna keçib. “İnter” gürcüstanlı hücumçu ilə 1 illik müqavilə imzalayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar