George Haci Neftçi klubunda?
29 İyul 2011 Cümə 21:53
Tanınmış rumıniyalı mütəxəssis George Haci nin paytaxt klubunun bazasında peyda olduğu bildirilir.
"Neftçi"nin baş məşqçisinin kimliyi müzakirə mövzusu olaraq qalır. Baş məşqçi postuna Nazim Süleymanov, Böyükağa Hacıyev və Yunis Hüseynovun namizəd olduğu deyilir. Hazırda klubun bazasında hərəkətli dəqiqələr yaşanır. Yeni baş məşqçinin kimliyi ilə bağlı müəyyən fərziyələr olsa da, klubun yüksək səviyyəli şəxslərindən başqa bu barədə heç kimdə xəbər yoxdur.

Bu arada baş məşqçi postuna daha bir mütəxəssisin adı açıqlanıb. Məlum olub ki, Azərbaycan çempionunu Georgi Haci çalışdıra bilər. Rumın mütəxəssisin artıq "Neftçi"nin bazasında olduğu bildirilir. Haci ilə yanaşı "Neftçi", "Qalatasaray" və "Xəzər Lənkəran"ın sabiq məşqçisi Covanni Melkiorre də "Neftçi"nin bazasına gəlib.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Real", "Barselona", "Qalatasaray" kimi məşhur klublarda çıxış etmiş Hacinin son iş yeri "Qalatasaray" olub. O, ötən mövsümün sonunda İstanbul klubundan istefaya göndərilib. Rumın mütəxəssis indiyədək Rumıniya yığmasını, "Bursaspor", "Politexnika" və "Styaua" klublarını çalışdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar