Gəncədə su polosu turniri
24 Mart 2009 Çərşənbə Axşamı 12:55
Beynəlxalq turnirdə Azərbaycanı Hərbi Dəniz Qüvvələrinin, Mərkəzi Ordu İdman Klubunun və Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları təmsil ediblər

 

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Gəncədə su polosu üzrə beynəlxalq turnir keçirilib. Gəncə Olimpiya İdman Kompleksinin hovuzunda keçirilən yarışda, Azərbaycan komandaları ilə yanaşı, Gürcüstandan gəlmiş su polosu ustaları da çıxış ediblər. Beynəlxalq turnirdə Azərbaycanı Hərbi Dəniz Qüvvələrinin, Mərkəzi Ordu İdman Klubunun və Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları təmsil ediblər. Su poloçularımız turnirin qalibi adı uğrunda Gürcüstanın Delfin və Mesxeti kollektivləri ilə mübarizə aparıblar. İki gün davam etmiş turnir Hərbi Dəniz Qüvələri komandasının qələbəsi ilə başa çatıb. Mərkəzi Ordu İdman Klubunun komandası ikinci, Gürcüstanın Delfin kollektivi isə üçüncü yeri tutub.

Qeyd edək ki, Gəncədə su polosu üzrə yarışlar şəhər sakinlərini bu idman növü ilə tanış etmək məqsədilə keçirilib. Onu da əlavə edək ki, artıq Gəncədə su polosu üzrə həvəskar klub mövcuddur və kollektiv bir neçə qeyri-rəsmi görüşdə qüvvəsini də sınayıb. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar