Gəncədə keçirilən taekvando üzrə açıq birincilik başa çatıb
06 Fevral 2012 Bazar Ertəsi 01:32
Turnirdə müxtəlif regionlardan 12 komandanın idmançıları mübarizə aparıb.
Gəncədə yeniyetmələr arasında taekvando üzrə açıq birincilik başa çatıb. 3 gündür davam edən idman yarışında 120-dən çox idmançı gücünü sınayıb. Fizuli Musayevin 50 illik yubileyinə həsr olunan turnirdə müxtəlif regionlardan 12 komandanın idmançıları mübarizə aparıb.
Yarışın baş hakimi Şahmar Nağıyev bildirib ki, əsas məqsəd idmançıları vətənpərvərlik ruhunda tərbiyə etmək və Bakıda yeniyetmələr arasında Respublika çempionatına hazırlamaqdır.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan yarış 10 çəki dərəcəsində keçirilib.
DOSTLARINLA PAYLAŞ: