Gəncədə güləş turniri keçirilib
15 Dekabr 2010 Çərşənbə 23:35
Turnir SSRİ idman ustası İsax Cəfərovun xatirəsinə həsr olunub
Gəncə Olimpiya İdman kompleksində SSRİ idman ustası İsax Cəfərovun xatirəsinə həsr olunmuş güləş turniri keçirilib. Respublikanın müxtəlif şəhər və rayonlarından, eləcə də Gürcüstandan 100-dək idmançının qatıldığı yarışlar 3 gün davam edib.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Bakı güləşçiləri 2, Gəncə güləşçiləri 2, Gürcüstan güləşçiləri isə 3 medal qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar