Gəncədə bir ilk
22 Aprel 2012 Bazar 11:13
Bu şəhərdə ilk dəfə olaraq peşəkar boks döyüşü keçirilib.
Gəncədə ilk dəfə olaraq peşəkar boks döyüşü keçirilib. Nizami Yurdunun ilk peşəkar boksçusu Şahlar Nağıyev doğma Gəncədə gürcü boksçu ilə rinqə çıxıb. Bokssevərlərin qarşısına ilk olaraq gürcüstanlı Fridon Kakitaşvili çıxıb. Ardınca Şahlar Nağıyev zala daxil olub. Dəri əlcək ustaları 65 kq çəki dərəcəsində Avropa şəxsi kəməri uğrunda döyüşüblər. Qarşılaşma hər biri 3 dəqiqədən ibarət 6 raund davam edib. Qeyd edək ki, Təhsil Respublika İdman mərkəzinin Gəncə filialının yetirməsi olan Şahlar Nağıyev artıq bir ilə yaxındi ki, peşəkar boksla məşğuldu. Cari döyüşə kimi 2 dəfə rinqə çıxan gəncəli boksçü hər 2 döyüşdə qalib gəlib. Ötən ilin senytabr ayının 3-nə təsadüf edən ilk peşəkar görüşündə Bakıda qələbə qazanan Şahlar Nağıyev bir müddət sonra Gürcüstanda WABC versiyasında İnterkontinental kəmərinə namizədlik uğrunda vuruşub.

Gürcü boksçu ilə döyüşün gedişatına gəlincə 1-ci raunddan rəqibini küncə sıxan Nağıyev sonrakı hissələrdə də ona göz açmağa imkan verməyib. Bunun da nəticəsində hakimlərin yekdil qərarına əsasən boksçu Şahlar Nağıyev bu vaxta qədər 5 görüş keçirməklə məğlubiyyət üzü görməyən rəqibini pərişan edib.

“Nəzərinizə çatdırmaq istəyirəm ki, Şahlar peşəkar boksa gəlmədən əvvəl Gəncənin idman tarixində ilk dəfə olaraq Avropa çempionatından bürücn medalı yığma komandamıza gətirmişdi. Bu dəfə də ilk peşəkar bokçsu kimi döyüşə qatıldı”, - deyə döyüşün təşkilatçısı Elçin Süleymanov bildirib. Qeyd edək ki, Şahlar Nağıyev növbəti döyüşlərini rəsmi kəmər uğrunda keçirmək niyyətindədir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar