Gəncə yenə heç-heçə edib
28 Yanvar 2011 Cümə 21:10
Azərbaycan Gəncə klubu Gürcüstanın I divizion təmsilçisi ilə bacarmayıb.
Hazırlıqlarını Gürcüstanda davam etdirən "Gəncə" daha bir yoldaşlıq oyunu keçirib. Fuad İsmayılov yetirmələrini Gürcüstanın I divizion təmsilçisi "Tesu" klubu (Tiflis) ilə oyunda sınayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Gəncə"nin qoluna Xəyal Mustafayev imza atıb.

Qeyd edək ki, qərb təmsilçisi bundan əvvəl Sxinvali "Spartak"ı ilə qarşılaşmışdı. Həmin oyun da 1:1 hesabı ilə başa çatmışdı.
 ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar