Gəncə klubu transfer çalışmalarını davam etdirir
13 Yanvar 2011 Cümə Axşamı 23:55
Gəncə klubu transfer çalışmalarını davam etdirir. Asəf Qədiri qarşıdakı 1,5 ildə bu komandada çıxış edəcək.
Heyətini gücləndirməyə çalışan “Gəncə” transfer çalışmalarını davam etdirir. Əyalət təmsilçisi artıq bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Klubun prezidenti Elmir Əliyev bildirib ki, yayda “Qəbələ”yə keçən, amma özünü yaxşı tərəfdən göstərə bilməyən və ehtiyatda qalan Asəf Qədiri qarşıdakı 1,5 ildə “Nizami yurdu”nun təmsilçisinin formasını geyinəcək.

“Xəzər Lənkəran”ın transferə çıxardığı Xaqani Məmmədovla danışıqlar isə davam edir. Təcrübəli oyunçu ilə hələlik müqavilə imzalanmayıb. E.Əliyev yaxın günlərdə “Gəncə”yə görə “Muğan”dan ayrılan və demək olar, arxada qalan dövrədə futbol oynamayan Vüsal Hüseynovla da anlaşacaqlarını vurğulayıb.

Bu arada əvvəlcə heyətdən kənarlaşdırıldığı söylənilən, ancaq sonradan müqaviləsini uzatmağı düşünən Armand Feultçinenin yaxın günlərdə klubun hazırlığına qoşulacağı gözlənilir. Klub prezidenti futbolçunun gecikməsini Avropada hökm sürən əlverişsiz hava şəraiti üzündən aviareyslərin təxirə salınması ilə izah edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar