Gəncə klubu Gürcüstana yollandı
24 Yanvar 2011 Bazar Ertəsi 20:20
Premyer Liqa təmsilçisi Gəncə klubu qonşu ölkədə hazırlıq keçəcək.
Premyer Liqanın qarşıdakı oyunlarına hazırlaşan "Gəncə" təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb. Qərb klubunun Gürcüstandakı toplanışı 10 davam edəcək.

"Gəncə" bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Artıq rəqiblər də bəllidir. Fuad İsmayılov yetirmələri Gürcüstanın "Torpedo", "Kolxeti", "Baya" və "Spartak" klubları ilə oyunda qüvvəsini sınayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar