“Gəncə” çempionata liderlik edir
12 Oktyabr 2009 Bazar Ertəsi 10:50
I division komandalarının mübarizəsi kəskinləşir
Futbol üzrə I divizion komandaları arasında keçirilən Azərbaycan birinciliyinin V turuna start verilib. Peşəkar Futbol Liqasından verilən məlumata görə, V tur çərçivəsində Qazaxda “Göyəzən” “Rəvan” klubuna 0:1 hesabı ilə məğlub olub. Matçın 89-cu dəqiqəsində Ramin Tanrıverdiyevin vurduğu qol “Rəvan”a minimal hesabla qələbə qazandırıb. “Bakılı” 4:0 hesabı ilə “Anşad-Petrol”a qalib gəlib. Matçda Asif Zeynalov 2 dəfə, Əli Hüseynov və Seymur Məmmədov hərəyə 1 dəfə fərqləniblər. “MOİK” 0:1 hesabı ilə “Gəncə”yə məğlub olub. Matçda Rəhman Əzizov fərqlənib. Gəncənin eyniadlı komandası 11 xalla yarışların lideridir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar