Gəncə Bakı klubları ilə bacarmır
25 Oktyabr 2009 Bazar 21:20
Gəncə komandası bu dəfə “Neftçi” İSM-ə məğlub olub
Futbol üzrə Azərbaycanın I divizionunda VII turun oyunları keçirilib. Çempionluğa iddialı “Gəncə” klubu ciddi zərbə alıb. Adıçəkilən komanda ardıcıl ikinci dəfə məğlubiyyətlə üzləşib. Ötən həftə doğma meydanda “Bakılı”ya uduzmuş (0:2) gəncəlilər bu dəfə “Neftçi” İSM-ə minimal hesabla məğlub olub.

Bundan başqa, hesabat turunda MOİK də xalsız qalıb. “Rəvan” isə səfərdə “Ədliyyə”ni 1:0 hesabı ilə üstələyərək 16 xalla liderliyini qoruyub.

VII turda “Energetik” - “Anşad-Petrol” matçı təxirə salınıb.

24 oktyabr

MOİK - “ABN-Bərdə” - 0:1
“Bakılı” - “Şahdağ” - 1:0
“MKT Araz” - “Göyəzən” - 1:1

25 oktyabr

“Neftçi” İSM - “Gəncə” - 1:0
“Ədliyyə” - “Rəvan” - 0:1
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar