Gənc futbolçumuz legionerlik həyatına başlayır
22 İyun 2010 Çərşənbə Axşamı 09:45
Gənc futbolçumuz legionerlik həyatına başlayır. Elnur İsmayılov “Daçiya” klubunda baxışdadır.
Moskvanın “Spartak” klubunun 15 yaşlı yetirməsi və Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Elnur İsmayılov Moldovanın “Daçiya” komandasında baxışdan keçir.

“Daçiya” klubunun mətbuat xidmətinin məlumatına görə, Elnur İsmayılov iki aydır ki, komanda ilə birgə məşq edir. "Yaxın vaxtlarda onunla həqiqətən müqavilə imzalana bilər. Lakin bu il Elnur İsmayılov komandamızda çıxış etməyəcək, yalnız məşq edəcək. Hazırda “Daçiya” futbol klubunun Elnurun oynaya biləcəyi gənclərdən ibarət komandası yoxdur. Əsas heyətdə isə o, reqlamentə görə çıxış edə bilməz”.

Xatırladaq ki, yaxın vaxtlarda “Daçiya” klubu ikinci komandasını yaratmağı planlaşdırır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar