Gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Yarışın son günündə 6 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. 66 kq çəki dərəcsində Fəqan Eminoğlu Azərbaycan birinciliyinin qalibi olub. Çəkisi 73 kiloqrama qədər olan idmançıların mübarizəsində birincilik Paşa Nəbizadəyə qismət olub. 81 kiloqramda Azər Ağayev bütün rəqiblərinə qalib gələrək ölkə çempionu olub. Tural Səfquliyev 90 kiloqramda rəqiblərindən üstün olub. Çəkisi 100 kiloqramadək olan cüdoçuların arasında Allahverdi Sadıqov bütün rəqiblərini məğlub edib. Sonda isə çəkisi 100 kiloqramdan artıq olan idmançıların mübarizəsinə start verilib. Burada Fərid Babayev ölkə çempionu adını qazanıb.
Qeyd edək ki, bu dəfəki Azərbaycan birinciliyində ümumilikdlə 400 cüdoçu qüvvəsini sınayıb. /ANS PRESS/