"Gələcəyin Pelesi" İngiltərəyə köçür?
21 İyul 2010 Çərşənbə 17:05
"Çelsi" Neymar Da Silva üçün "Santos" klubuna 17 milyon funt sterlinq təklif edib.
İngiltərənin “Çelsi” klubu 18 yaşlı braziliyalı futbolçu Neymar Da Silvanı heyətinə qatmaq əzmindədir. London klubu futbolçu üçün “Santos” klubuna 17 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirib.
Da Silvanın klubu isə ən azı 20 milyon tələb edir. Braziliya mətbuatı Neymar Da Silvanı “gələcəyin Pelesi” olaraq dəyərləndirir.
Xatırladaq ki, Da Silva ötən mövsüm Braziliya çempionatında meydana çıxdığı 33 matçda 32 qola imza atıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: