Gəl birlikdə oynayaq, Adriano!
09 Noyabr 2010 Çərşənbə Axşamı 19:15
Ronaldo həmyerlisi Adrianonu Braziliyaya dəvət edib.
Brazilyanın “Korintians” klubunda fəaliyyətini davam etdirən 9 nömrəli əfsanəvi futbolçu Ronaldo "Roma"da oynayan, amma daim problemlərlə üzləşən Adrianonun dərdinin dərmanının Brazilya çempionatı olduğunu deyib. Zədələri və formadan düşməsi səbəbindən Romada əvvəlki kimi oynaya bilməyən Adrianonu Brazilyaya dəvət edən Ronaldo onun potensialının “Korintians”da yenidən üzə çıxacağını bildirib.
Qeyd edək ki, “Flaminqo”dan "Roma"ya transfer olan Adriano bu klubda hələ forma geyinməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: