Galatasaray klubu prezidenti istefa verib
25 May 2013 Şənbə 03:28
Səsverməyə qədər kluba Əli Dürüst rəhbərlik edəcək.
Türkiyənin “Galatasaray” klubunun prezidenti Ünal Aysal istefa verib. Azerisport.az xəbər verir ki, buna klubun idarə heyətinin iyunun 22-də keçirəcəyi seçkilər səbəb olub.

Aysalın istefa verməsənin ardından bütün vəzifələrə yenidən seçimlər olacaq.

İstefasının ardından açıqlama verən Aysal qeyd edib ki, prosedurun düzgün getməsi üçün bu addımı atıb: "Mənim kimi bütün rəhbərlik istefa verib. İyunun 22-də yenidən seçkilər olacaq və yenidən namizədliyimi irəli sürəcəm".

Qeyd edək ki, səsverməyə qədər kluba Əli Dürüst rəhbərlik edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar