Galatasaray Cenevrədə büdrədi
13 Noyabr 2011 Bazar 19:25
İstanbul təmsilçisi Galatasaray "Benfika" ilə oyundan məğlubiyyətlə ayrılıb.
“Galatasaray” İsveçrədə Portuqaliyanın güclü klublarından biri olan “Benfika” ilə qarşılaşıb. Türkiyə mətbuatının yazdığına görə, yoldaşlıq görüşü olmasına rəğmən oyun çox maraqlı keçib. Türkiyə təmsilçisi ilk qolu matçın 46-cı dəqiqəsində buraxıb. Künc zərbəsindən “Qalatasaray”ın qapısına vurulan qol Miqel Vitorun aktivinə yazılıb.
Növbəti qol isə 55-ci dəqiqədə vurulub. Bu dəfə Vitorun komanda yoldaşı Saviola fərqlənib. Bu qoldan sonra türklərin oyunu bir qədər fəallaşıb. Lakin İstanbul təmsilçisinin səyləri heç bir nəticə verməyib. Beləliklə, bu oyun “Benfika”nın qələbəsi ilə başa çatıb.
DOSTLARINLA PAYLAŞ: