Futzal yığmamız Avropa çempionatının final mərhələsində 
    31 Mart 2013 Bazar 11:52
    Futzal yığmamız qrup oyunlarını 100 faizlik nəticə ilə başa vurdu.
    
                	 
    
         Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. ANS PRESS-in məlumaına görə, millimiz əsas seçmə mərhələnin son oyununda Slovakiya yığmasını 2:1 hesabı ilə məğlub edib. Slovakiya yığmasının qapısından topları Biro Jade və Namiq Məmmədkərimov keçirib.
Komandamız qrupda keçirdiyi ilk oyunda Norveç yığmasını 6:0, ikinci qarşılaşmada isə Bosniya və Herseqovina millisini 3:2 hesabı ilə məğlubiyyətə uğratmışdı.
Beləliklə, millimiz 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsinə maksimum nəticə ilə, qrup birincisi olaraq vəsiqə əldə edib.
DOSTLARINLA PAYLAŞ: