Futzal üzrə yığma komandamız uduzdu
19 Yanvar 2011 Çərşənbə 10:10
Futzalçılarımız Belarus komandasına məğlub olublar.
Futzal üzrə yığma komandamız növbəti yoldaşlıq görüşündən məğlubiyyətlə ayrılıb. Komandamız Minsk şəhərindəki Dinamo İdman Kompleksində keçirilən oyunda Belarus kollektivinə uduzub.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma 6:4 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində Serjio, Tyaqo (2 qol) və Biro Jade fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında yanvarın 16-da keçirilən yoldaşlıq oyununda millimiz 5:1 hesabı ilə qələbə qazanmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar