Futbolumuzun teleyayım hüququ PFL-də
16 Mart 2009 Bazar Ertəsi 14:00
Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib

Futbol üzrə Azərbaycan Premyer Liqasının və Azərbaycan kuboku matçlarının teleyayım hüququ Peşəkər Futbol Liqasına (PFL) verilib. Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib. İcraiyyə komitəsinin iclasında qəbul olunan qərara əsasən AFFA-nın baş katibi Elxan Məmmədovla müqavilənin davam etirilməsinə də qərar verilib. AFFA icraiyyə komitəsinin digər qərarlarına əsasən Emil Cabbarovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunması təsdiqlənib, həmçinin müxtəlif yaş qruplarından ibarət milli komandaların məşqçilərinin müqaviləsinin müddəti AFFA rəhbərliyi ilə razılaşdırılaraq uzadılmasına qərar verilib. İclasda AFFA-dan təqaüd alan veteran futbolçuların siyahısına Rafiq Batrayev, Ravil Kasyanov və Fərhad Hüseynovun adlarının əlavə olunması barədə qərar çıxarılıb./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar