Futbolda dəhşət! Oyunçular hakimi döyə-döyə öldürdülər
04 Dekabr 2012 Çərşənbə Axşamı 02:41
Hakim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
Hollandiyada 41 yaşlı hakim yeniyetmələr arasında futğol çempionatında oyunçular tərəfindən döyüldükdən sonra ölüb. Riçard Novehuyzen Amsterdamın “Noyv Sloten” klubunun “Byuyten Boyz” komandası ilə qarşılaşmasında yan həkimi təyin edilib. Oyun zamanı bir neçə futbolçu hakimə hücum edib.

ANS PRESS-in “Accosiated Press”ə istinadən verdiyi məlumata görə, döyüldükdən sonra hakim özünü pis hiss edib. Onu xəstəxanaya aparıblar. Lakin həkimlər Riçard Novehuyzenə kömək edə bilməyiblər və hakim dünyasını dəyişib.

Hollandiya KİV-inin məlumatına görə, hücumdan sonra hakim hücum edən futbolçuların əlindən qaçmağa çalışıb. Lakin futbolçular onu tutublar və döyməyə davam ediblər. Riçard Novehuyzen döyülmək nəticəsində başından çoxsaylı xəsarətlər alıb.

Hadisə dekabrın 2-də günün ikinci yarısında baş verib. Polis hakimi döyənlərdən üç nəfəri saxlayıb. Onların 15-16 yaşının olduğu bildirilir. Davada iştirak edənlərin hamısı komandadan uzaqlaşdırılıb, klub isə yarışlarda iştirak hüququndan məhrum edilib.

Qeyd edək ki, öldürülən hakimin oğlu da komandalardan birinin heyətində çıxış edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar