Futbolçunun xəyanət məktubu ortaya çıxıb
    11 Dekabr 2009 Cümə 19:30
    "Yuventus"lu futbolçu Felipe Melonun adı qalmaqalda hallanır
    
                	 
    
         Bu gün “TuttoJuve” saytında maraqlı bir xəbər yer alıb. Xəbərdə “Yuventus”un futbolçusu Felipe Melonun “Fiorentina”dan olan klub yoldaşı Andrianu Mutuya yazdığı mesajdan bəhs olunur. Belə ki, futbolçu məktubunda tezliklə Dumanlı Albiona getmək istəyində olduğunu bildirib. 
Lakin braziliyalı yarımmüdafiəçinin agenti Emiliano Foldi bildirib ki, onun müştərisi Premyer-Liqa xatirinə “Yuve”ni tərk etməyəcək. 
“Felipe Premyer-Liqada oynamaqdan ötrü “Qoca Sinyora”nı tərk etmək barədə Mutu ilə heç vaxt danışmayıb. Hansısa sms barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”, - deyə Foldi bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: