Futbolçunun qabırğalarını qırdılar
12 Dekabr 2010 Bazar 19:45
Sabri Sarıoğlu 2-3 ay "Qalatasaray"a kömək edə bilməyəcək
"Galatasaray" Superliqanın 16-cı turu çərçivəsində doğma azarkeşlərinin gözü qarşısında "Gənçlərbirliyi"nə yenilməklə yanaşı, gözlənilməz itki ilə üzləşib. George Hacının komandası bu dəfə Sabri Sarıoğlunun sıradan çıxmasına üzülüb.

Matçın gedişində ağır zədələnən və dərhal xəstəxanaya aparılan futbolçunun vəziyyətinin kifayət qədər ciddi olduğu bildirilir. Məsələ burasındadır ki, həkimlər onun 5 və ya 6 qabırğasında sınıq aşkarlayıb. Bunun müalicəsi üçün isə ən azı 2-3 ay lazım olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar