Futbolçunun meydanda dili qatlandı
07 Noyabr 2010 Bazar 10:00
Başı ilə qol vuran oyunçunun başında çat əmələ gəlib.
Türkiyədə futbol matçı zamanı hamını qorxuya salan hadisə baş verib. "Antalyaspor"-"Bursaspor" komandalarının oyunu zamanı futbolçulardan birinin dili qatlanıb. Türkiyə mətbuatının məlumatına görə, "Bursaspor" komandasının şərəfini qoruyan Əli Tandoğan matçın 51-ci dəqiqəsində topu başı ilə qapıya ötürmək istəyib. Bu zaman o, başqa oyunçu ilə - Erkan Sekmanla toqquşub. Ötürdüyü topun qol sevincini yaşaya bilməyən Tandoğan meydanın ortasına yıxılıb. Toqquşmanın təsirindən oyunçunun dili qatlanıb.

Həkimlər Əli Tandoğana meydanda ilk yardım göstəriblər. Bundan sonra o, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

İlkin müayinədən sonra oyunçunun başında çat olduğu bəlli olub. Baş həkim açıqlamasında futbolçunun həyatı üçün təhlükə olmadığını bildirib.

"Tandoğanın huşu özündədir. Onun futbol həyatına mane olacaq heç bir problemi yoxdur", deyə həkimlər bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar